Niderlanddan Ankaraya erməni hədəsi

16.02.2018 11:37     Dünyadan reaksiya     1593

Hollandiya parlamenti qondarma erməni soyqırımı tanımağa hazırlaşır.

Koalisiya hökumətində təmsil olunan Xristian Birliyinin millət vəkillərinin qondarma soyqırım barədə təşəbbüsünə koalisiyaya üzv digər 3 partiya da dəstək verib.

Xristian Birliyindən olan millət vəkili Coel Voordevind Hollandiya televiziyasına verdiyi açıqlamada parlamentdə “erməni soyqırımı” barədə çoxluğun həmfikir olduğunu bildirib.

Hollandiya parlamenti hökumətdən həmçinin 24 aprel qondarma soyqırımın anım günündə İrəvana ilk dəfə olaraq nazir səviyyəsində təmsilçi göndərilməsini də tələb edəcək.

Qeyd edək ki, Türkiyə ilə Hollandiya arasında münasibətlər rəsmi Amsterdamın Ankaraya yeni səfir təyin edilməyəcəyi barədə açıqlamasından sonra daha da gərgin xarakter almışdı.(axar)

Reaksiya.az

Şərhlər