Türkiyədə hərbi təyyarə qəzaya uğrayıb - Hərbçilər ölüb

16.02.2018 12:57     Dünyadan reaksiya     1503

Türkiyənin qərbində İzmir vilayətində hərbi təlim təyyarəsi qəzaya uğrayıb. Trend-in məlumatına görə, təyyarə qəzası zamanı 2 hərbçinin həlak olduğu bildirilib.

Təyyarənin qəzaya uğraması səbəbləri açıqlanmayıb.

 

Qeyd edək ki, yanvarın 17-də Türkiyənin Eskişəhər vilayətində CASA СN-235 təyyarəsinin qəzaya uğraması nəticəsində 3 hərbçi həlak olmuşdu.

 

Reaksiya.az

Şərhlər