Putin qələbə müjdəsi verdi, rus zabitlərin qətliamı başladı…

Putin ötən ilin dekabrında Suriyaya gedərək təntənəli şəkildə bəyanat verdi ki, biz qalib gəldik və artıq hərbi qruplaşmanın çox hissəsini çıxarmağa başlayırıq.

Bu sözləri  Rusiyanın An-26 nəqliyyat təyyarəsinin Suriyada qəzaya uğraması olayını şərh edən politoloq Şahin Cəfərli deyib. Politoloq həmin bəyanatdan sonra Suriyada bir-birinin ardınca qəribə hadisələrin baş verdiyini bildirib:

“Terrorçuların dronlarla Rusiya hərbi bazasına hücumu, nəticədə 10-a yaxın hərbi təyyarənin sıradan çıxması və ya zədələnməsi, hərbi təyyarənin havada vurulması, “Vaqner qrupu”nun ABŞ tərəfindən bombardman edilməsi və nəhayət, ötən gün hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğraması, bəlkə də vurulması nəticəsində 39 nəfərin ölümü ilə nəticələnən hadisə bu qəbildəndir. Rusiya Suriya müharibəsinə 2015-ci il sentyabrın sonunda müdaxilə etmişdi. Fikir verin, Putinin bəyanatından sonrakı 3 ayda məruz qaldığı canlı qüvvə və hərbi texnika itkisi əvvəlki 2,2 il ərzində verdiyi itkilərdən çox oldu”.

Qeyd edək ki, Rusiyaya məxsus hərbçiləri daşıyan An-26 təyyarəsi martın 6-da Hmeymim bazasına enərkən qəzaya uğrayıb. Qəzada Rusiya SQ-nin 39 hərbçisi həlak olub.

Ölənlərdən birinin general mayor, 26 nəfərin zabit olduğu bildirilir.(axar)

Reaksiya.az

Advertisement Banner

Şərhlər