ABŞ-la razılaşdıq: YPG çəkilir, biz ora giririk - Çavuşoğlu

ABŞ-la razılaşdıq: YPG çəkilir, biz ora giririk - Çavuşoğlu
Tarix: 13.03.2018 12:57
Oxunma sayı: 694
Paylaş:

Menbiçin taleyi oranın əhalisindən asılı olacaq. Tutaq ki, burada əhalinin 90 faizi ərəbdirsə, şəhəri ərəblər idarə edəcək.

Bu sözləri Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.

“Heç bir halda YPG-nin burada möhkəmlənməsinə icazə verilməyəcək. Bizim tələbimiz budur! Bu siyasəti ABŞ-la birlikdə həyata keçirəcəyik. Menbiçdə bir model yaradacağıq və daha sonra bunu başqa bölgələrə də tətbiq edəcəyik. YPG terror təşkilatı Menbiçdən çıxdıqdan sonra oranın təhlükəsizliyini ABŞ və Türkiyə hərbçiləri təmin edəcək”, - Çavuşoğlu bildirib.

Qeyd edək ki, ABŞ Dövlət katibi Reks Tillerson Türkiyəyə səfəri zamanı Menbiçdə Ankara ilə birgə təhlükəsizliyə nəzarət etmək barədə təklif irəli sürmüşdü.(axar)

Reaksiya.az

Şərhlər