Bəşər Əsəd İrana qaçıb?

Suriya Prezidenti Bəşər Əsədin İrana qaçması ilə bağlı yayılan xəbərlər sadəcə yaxşı düşünülmüş təbliğatdır.

Axar.az RİA-ya istinadən xəbər verir ki, bu sözləri rusiyalı deputat Aleksandr Şerin deyib.

“Mən tam əminəm ki, bu olduqca yaxşı düşünülmüş təbliğat ünsürü və sabitliyin pozulmasına yönəlmiş şayiədir. Yəni, təslim olun, sizin rəhbəriniz artıq qaçıb” – deyə Şerin bildirib.

Qeyd edək ki, bəzi ərəb KİV-lərində Əsədin İrana qaçması ilə bağlı məlumatlar yayılıb.

Reaksiya.az

Advertisement Banner

Şərhlər