28 ölkə ABŞ-ın himayəsi altında… - Türkiyəyə qarşı YENİ CƏBHƏ

11.04.2018 13:21     Dünyadan reaksiya     1240

“Rusiyanın döyüş təyyarəsini vuraraq Türkiyəni Rusiya ilə müharibənin bir addımlığına gətirənlər eyni təxribatı Egey dənizində törədə bilərlər”.

Bunu Türkiyənin “Yeni Şəfəq” nəşrinin yazarı, siyasi şərhçi İbrahim Karagül bildirib.

Onun sözlərinə görə, bənzər təxribatın yenə də FETÖ və atlantikçi dairələrin təlimatları ilə törədilə biləcəyinə dair şübhələr var. Yazar qeyd edir ki, ölkənin qərbində - Egey dənizində Türkiyə və Yunanıstan arasında yeni bir qarşıdurmanın fitili atəşlənə bilər.

“Bir müddətdir Türkiyə ilə Yunanıstan arasında gərginlik davam edir. Xüsusilə, yunan siyasətçilərin Türkiyənin ünvanına səsləndirdikləri bəyanatlarında döyüş dilindən istifadə etməsinin arxasında bu ssenarinin olduğu düşünülə bilər. Afrin əməliyyatı davam etdiyi bir vaxtda, Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah başçısı Hulusi Akarın “Türkiyə iki cəbhədə eyni vaxtda döyüşmək gücünə malikdir” bəyanatı da böyük ehtimalla bu təhdidə cavab idi”, - İbrahim Karagül qeyd edib.

Yazar qeyd edir ki, Türkiyə donanmasının bir yunan gəmisini “vurması” ABŞ-ın himayəsi altında Avropa İttifaqına daxil olan ölkələrinin hamısının (28 ölkə daxildir –red.) daxil olduğu bir Qərb cəbhəsinin açılmasına gətirib çıxara bilər.

Reaksiya.az

Şərhlər