Rusiyanın Trampa cavabı gecikmədi - Hər şeyi məhv edəcək!

11.04.2018 15:59     Dünyadan reaksiya     1427

ABŞ Prezidenti Donald Trampın haqqında danışdığı ağıllı raketlər terrorçular istiqamətində uçmalıdır.

Bu barədə Rusiya XİN sözçüsü Mariya Zaxarova danışıb.

“Ağıllı raketlər uzun illərdir öz torpağında beynəlxalq terrorçuluğa qarşı mübarizə aparan qanuni hökumətə qarşı deyil, terrorçuların üzərinə uçmalıdır. Yeri gəlmişkən Kimvəyi Silahların Qadağan edilməsi təşkilatına xəbərdarlıq ediblər ki, ağıllı raketlər kimyəvi silah tətbiqinə qarşı bütün sübutları məhv edəcək. Yoxsa hər şey ağıllı raketlərlə təxribat izlərini tez bir zamanda silmək və beynəlxalq ekspertlərin sübut qismində artıq heç nə axtarmaması üçün edilmiş bir uydurmadır?”, - XİN-dən bildirilib.

Reaksiya.az

Şərhlər