Rusiyanın himayəsi ilə... - Əsədin qaçış planının detalları ORTAYA ÇIXDI

Rusiyanın himayəsi ilə... - Əsədin qaçış planının detalları ORTAYA ÇIXDI
Tarix: 12.04.2018 11:45
Oxunma sayı: 583
Paylaş:

 İran kəşfiyyatı və “Al Muhaberat”ın (Suriya kəşfiyyatı –red.) birgə hazırladığı qaçış planı Bəşər Əsədin ailəsindən 45 nəfərin Dəməşqdən təxliyəsini nəzərdə tutur.

“Yeni Şəfəq”in mənbələrinə görə, Əsədin sonuncu görüşü aprelin 8-də Dəməşqdə keçirilib və plan yekunlaşdırılıb. Plana görə, ABŞ Suriyanı bombalayarsa, Əsəd və ailəsi ilk olaraq Livana aparılacaq. Sonradan Rusiyanın himayəsində Tehrana aparılacaq Əsədin vəziyyəti müharibənin nəticələrinə görə yenidən qiymətləndiriləcək.

Mənbələr Əsədin Dəməşqdə “Kasr-ı Saab”ın (Xalq Sarayı) 140 metr dərinliyində inşa edilən yeraltı sığınacağında qaldığını bildirirlər. “Al Muhaberat”ın keçmiş əməkdaşlarından biri Əsədin son 6 gün ərzində iki dəfə Ximeymimdəki Rusiya hərbi bazasını ziyarət etdiyini bildirib. Livanın “Savt Livan” (Livanın səsi) kanalı isə BMT Təhlükəsizlik Şurasında Suriya ilə bağlı müzakirələrin aparıldığı dəqiqələrdə Əsədin hücum qorxusu ilə əlaqədar Dəməşqdən ayrıldığını xəbər verib.

Hafiz Əsədin prezidentliyi dövründə inşa edilən “Kasr-ı Şaab” Livanın öldürülən baş naziri Rəfiq Həririyə aid şirkət tərəfindən tikilib. 50-dən çox gizli bölməsi olan sığınacağın bəzi bölmələrinin müharibə dövründə işgəncələr üçün istifadə olunduğu deyilir. Suriya rejimi 2011-ci ildə başlayan vətəndaş müharibəsində itirdiyi ərazilərdən gətirdiyi gizli məlumatları və sənədləri yeraltı sığınacaqlarda saxlayır.

Reaksiya.az

Şərhlər