NATO-Rusiya görüşü hazırlanır - Məkan Bakıdırmı?

12.04.2018 11:58     Dünyadan reaksiya     1208

“NATO-nun Avropadakı Birləşmiş Qüvvələrinin baş komandanı və Rusiya Silahlı Qüvvələri Baş Qərargahının rəisi şəxsi görüşə hazırlaşırlar”.

Bu barədə NATO baş katibinin müavini Rouz Hötemüller bəyan edib.

Onun sözlərinə görə, artıq tərəflər arasında görüşlə bağlı telefon danşığı da baş tutub.

“Martın 21-də NATO-nun Avropadakı Birləşim Silahlı Qüvvələrinin baş komandanı Körtis Skaparrotti və Rusiya Silahlı Qüvvələri Baş Qərargahının rəisi Valeri Gerasimov arasında telefon danışığı baş tutub. Bu günlərdə onlar aprelin üçüncü həftəsində şəxsən görüşmək istədiklərini təsdiq ediblər. Hesab edirəm ki, bu, rabitə kanallarının yaxşı işinin sübutu kimi qiymətləndirilə bilər”, - deyə Hötemiller bildirib.

Qeyd edək ki, bu ilin yanvarında nüfuzlu "BuzzFeed" saytı ABŞ və Avropa İttifaqındakı anonim mənbələrə istinadən NATO-nun Avropadakı Birləşmiş silahlı qüvvələrinin baş komandanı K. Skaparotti ilə Rusiya Silahlı Qüvvələrinin Baş qərargah rəisi V. Gerasimovun Bakıda görüşəcəyi barədə məlumat yaymışdı.(ordu.az)

Reaksiya.az

Şərhlər

Çox oxunanlar