Makrondan şok açıqlama - Əsədə qarşı sübutumuz var!

12.04.2018 15:44     Dünyadan reaksiya     1120

Fransa Prezidenti Emmanuel Makron Suriyanın Duma bölgəsində kimyəvi silah tətbiqi iddialarına münasibət bildirib.

“Əsədin kimyəvi silah istifadə etdiyi barədə sübutlarımız var”, - Makron deyib.

Qeyd edək ki, Şərqi Qutanın Duma bölgəsində kimyəvi silah tətbiq edilməsi nəticəsində 80-dən çox ölü və minlərlə xəsarət alanın olduğu bildirilmişdi.

Reaksiya.az

Şərhlər