İrəvan iflic oldu - polis tələbələrə zor tətbiq etdi

İrəvan iflic oldu - polis tələbələrə zor tətbiq etdi
Tarix: 20.04.2018 11:37
Oxunma sayı: 411
Paylaş:

Terlemezyan İncəsənət Texnikumunun tələbələri İrəvan Arşakunyants prospektini bağlayıblar.

Bu barədə məlumatı erməni aktivistlər öz Feysbuk səhifələrində yayıblar. Tələbələrin bu addımına polis müdaxilə edib. Nəticədə bir neçə tələbə həbs edilib. Onlara qarşı zorakılıq tətbiq edilib.

Qeyd edək ki, İrəvanda Serj Sərkisyanın baş nazir seçilməsinə qarşı etirazlar 8 gündür davam edir.(axar)

Reaksiya.az

 

Şərhlər