Putin hazırdır, Trampdan isə bunu gözləyirik - Lavrov

Putin hazırdır, Trampdan isə bunu gözləyirik - Lavrov
Tarix: 20.04.2018 11:58
Oxunma sayı: 713
Paylaş:

Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezident Donald Trampla görüşə hazırdır.

Bu sözləri Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov RİA-ya müsahibəsində deyib. Lavrov Trampın görüş niyyətini ictimai şəkildə açıqladığı və Putinin də bu görüşə etiraz etmədiyini, lakin hələlik belə bir zirvəyə hazırlıq aparılmadığını bildirib:

“Belə bir şey olsa, biz mütləq sizə məlumat verəcəyik. Lakin mən Donald Trampın telefon danışığından sonra istər tvitlərində, istərsə də çıxışlarında Rusiya ilə problemlərin həll edilməli olduğunu, Rusiya ilə yaxşı münasibətlər istədiklərini, yalnız axmaqların bunun əksini düşünə biləcəklərini deməsinə diqqət yetirmək istəyirəm. Bunların hamısını biz də eşidirik”, - Lavrov qeyd edib.

Reaksiya.az

Şərhlər