Ermənistandan ən son məlumat: "Ən nüfuzlu oliqarx etirazçılara dəstək bildirib"

25.04.2018 14:56     Dünyadan reaksiya     1485

Minlərlə etirazçı "Azad, müstəqil Ermənistan", "ERP rədd ol!", "Bizik bu ölkənin sahibi", "Nikol - baş nazir" səsləyərək hakim Respublikaçılar Partiyası qərargahı istiqamətində hərəkət edir.

Ətraf küçələrə böyük sayda polis qüvvələri və zirehli texnika, tikanlı məftil yüklənmiş maşınlar gətirilib, BBC Azərbaycancanın müxbiri Alexey Manvelyanbildirir.

Onun sözlərinə görə, etiraz hərəkatının lideri Nikol Paşinyan Serj Sarkisyanın rəhbərlik etdiyi hakim Ermənistan Respublikaçılar Partiyasının siyasi səhnədən çəkilməsini tələb edir.

Polis cərgələrinin yanından keçən nümayişçilər polisi çəpiklərlə salamlayır, hərəkata birləşməyə çağırırlar. Tələbə qızlar: "Polis bizimlədir! Polis bizimlədir!" - çağırılar,

Ən nüfuzlu oliqarx etirazçılara dəstək bildirib

Ermənistan parlamentində sayca ikinci siyasi qüvvə - "Tsarukyan" parlament fraksiyasının rəhbəri, Firavan Ermənistan Partiyasının lideri, erməni oliqarxlarından biri Qaqi Tsarukyan öz partiya üzvlərini "küçəyə çıxmağa, xalqın yanında olmağa" çağırıb.

"Partiyanın lideri Qaqik Tsarukyanın ümumxalq etiraz dalğasına qatılmaq çağırışına və partiya liderinin xalqla bir olduğu haqda bəyanatını nəzərə alaraq, Yerevan və ölkənin bütün bölgələrində partiya üzvlərini səfərbər olub, küçəyə çıxıb xalqın yanında olmağa çağırırıq", - Firavan Ermənistan Partiya Siyasi Şurasının bəyanatında deyilir.

Ermənistanın ən varlı biznesmenlərindən olan Qaqik Tsarukyanın öz doğma Kotayk vilayətində böyük nüfuzu var. Tsarukyan öz vilayəti və Ermənistanın müxtəlif bölgələrində xeyriyyəçiliyi ilə tanınır.

 

Nümayişçilər Yerevanın Respublika meydanına toplaşırlar. Tələbələr dərsləri boykot edib itaətsizlik aksiyalarına qoşulurlar.

Etiraz hərəkatının fəalları hamını yenidən axşamlar keçirilən mitinqlərə gəlməyə çağırırlar.

Bəzi küçələrdə polis texnikası, zirehli polis maşınları görünür.

Ermənistanda yenidən itaətsizlik aksiyasına çağrılıb.

Ölkənin keçmiş prezidenti Serj Sarkisyanın baş nazirlikdən istefası tələbilə etiraz hərəkatının lideri, Vətəndaş Müqaviləsi Partiyasının rəhbəri Nikol Paşinyan bu səhər tərəfdarlarını yenidən "itaətsizlik aksiyasına" çağırıb.

Nikol Paşinyan Facebook vasitəsilə video müraciət yayıb.

Onun sözlərinə görə, bu gün ölkənin baş nazir vəzifəsini icra edən Karen Karapetyanla aprelin 25-də nəzərdə tutulan danışıqlarda hakimiyyətin sarsıntısız təhvil verilməsi müzakirə olunmalı idi.

Nikol Paşinyan deyir ki, Serj Sarkisyanın istefasından sonra baş nazir vəzifəsinə xalqın nümayəndəsi seçilməli, bundan sonra müvəqqəti hakimiyyət yaradılmalı və mümkün qədər tez müddətdə növbədənkənar [ədalətli] parlament seçkiləri keçirilməli idi.(bbc)

Reaksiya.az

Şərhlər