Serj Sarkisyan partiyadan da getdi

26.04.2018 09:17     Dünyadan reaksiya     1291

Ermənistanın keçmiş prezidenti və keçmiş baş naziri Serj Sarkisyan hakim Respublikaçılar Partiyasının sədri vəzifəsindən də imtina etmək qərarına gəlib.

Reaksiya.az bildirir ki, bu, dünən gecə saatlarında Sarkisyanla baş nazirin vəzifələrini icra edən Karen Karapetyanın və fraksiyanın digər deputatlarının görüşündən sonra məlum olub.

"Ermənistan Respublikaçılar Partiyasının (ERP) yeni sədrinin seçimləri ilə bağlı müzakirələrin başlanması barədə razılıq əldə olunub”, - görüşün yekunlarına dair bəyanatda bildirilir.

 
Qeyd olunur ki, Serj Sarkisyan görüş iştirakçılarına istefasının səbəblərini açıqlayıb, ERP-nin parlament fraksiyasının ölkədə sülh və sabitliyin qorunması naminə mümkün iş ssenarisini təqdim edib.
 
"Görüşün ikinci yarısında baş nazirin vəzifələrini icra edən Karen Karapetyanla razılıq əldə edilib ki, ERP tərəflərlə öncədən şərt irəli sürmədən danışıqlara hazırdır”, - partiyadan bildirilib.(virtualaz.org)
 

Şərhlər