Latviya Parlamenti uşaqların və gənclərin Rusiya hərbi düşərgələrində iştirakına qadağanı təsdiqləyib

04.05.2018 12:00     Dünyadan reaksiya     1361

Latviya Parlamenti ölkə qanunvericiliyinə bu respublikadan olan uşaqların və gənclərin Rusiya və bəzi başqa ölkələrin ərazisində yerləşən hərbi düşərgələrdə iştirakının qadağan edilməsi barədə düzəlişləri üçüncü, sonuncu oxunuşda böyük səs çoxluğu ilə təsdiqləyib. NATO və Avropa İttifaqına üzv ölkələrdə keçirilən hərbi xarakterli tədbirlər istisna təşkil edir.

Uşaq hüquqlarının müdafiəsi haqqında qanuna edilən müvafiq düzəlişlərin təşəbbüsçüsü kimi hakim koalisiyaya daxil olan “Yaşıllar” və Kəndlilər İttifaqından Seymin deputatı Karlis Serjants çıxış edib.

Reaksiya.az

Şərhlər