Rusiya Çinlə ittifaq qurmayacaq: “Bəzi sahələrdə hətta rəqibik” | Reaksiya

Rusiya Çinlə ittifaq qurmayacaq: “Bəzi sahələrdə hətta rəqibik”

Rusiya Çinlə hansısa ittifaq yaratmağı planlaşdırmır.

Bunu “İzvestiya” qəzetinə müsahibəsində Rusiya Xarici İşlər nazirinin müavini İqor Morqulov deyib.

“Çin indiyə qədər sərt şəkildə hansısa bloka qatılmamaq xəttini dəstəkləyir. Moskva və Pekin tez-tez qlobal və regional məsələlərdə eyni mövqedən çıxış edirlər. Bununla belə, tərəflərdən hər birinin fərqli iqtisadi maraqları var. Bəzi sahələrdə hətta tərəflər arasında rəqabət də yaranır”, – deyə o bildirib. (Axar)

Reaksiya.az

Advertisement Banner

Şərhlər