Ərdoğan İranın yanında: ABŞ uduzacaq...

09.05.2018 12:51     Dünyadan reaksiya     1153

Donald Trampın İran nüvə razılaşmasıyla bağlı qərarı yeni böhranlar yaradacaq.

Bunu CNN-ə müsahibəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Bölgədə yeni böhranlar, geosiyasi bir savaş yaşanmasını istəmirik. Bu qərar təkcə Yaxın Şərqə yox, bütün dünyaya təsir göstərəcək. Tramp razılaşmaya hörmət bəsləməlidir. Beynəlxalq mexanizm belə çalışmır. Beynəlxalq razılaşmalar kiminsə istəyi ilə bitirilə bilməz. ABŞ uduzacaq. Ona görə ki, heç bir razılaşmaya sadiq qalmırsınız" - deyə o bildirib.

Reaksiya.az

Şərhlər