Səudiyyə Ərəbistanı nüvə silahı yaradır

Səudiyyə Ərəbistanı nüvə silahı yaradır
Tarix: 10.05.2018 11:25
Oxunma sayı: 500
Paylaş:

“Əgər İran nüvə silahı əldə etsə, Səudiyyə Ərəbistanı da öz nüvə silahını hazırlayacaq”.

Bu barədə Səudiyyə Krallığının xarici işlər naziri Adil Əl-Cübeyr CNN telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, ABŞ prezidenti Donald Tramp İranla nüvə sazişindən birtərəfli qaydada çıxmaqla düz edib: “Bu saziş natamamdır və vaxt məhdudiyyətinə malikdir. Həmçinin, saziş İranın nüvə başlığı daşıya bilən ballistik raketlər hazırlaması, region ölkələrinin daxili işlərinə qarışması və rəsmi Tehranın terrorçuları dəstəkləməsi məsələlərini əhatə etmir. Əgər İran uranın zənginləşdirilməsi proqramını indikindən daha çox səviyyədə bərpa etsə, digər iştirakçı ölkələr də sazişdən çıxmalı və İrana qarşı təkrar sanksiyalar tətbiq etməlidir.”

Əl-Cübeyr xüsusilə vurğulayıb ki, rəsmi Ər-Riyad İranın nüvə təhlükəsinə qarşı öz xalqını müdafiə etmək üçün bütün vasitələrdən, o cümlədən nüvə silahı yaratmaqdan istifadə edəcək.(azvision.az)

Reaksiya.az

Şərhlər