Putin Paşinyanla görüşəcək - Vaxt açıqlandı

11.05.2018 15:33     Dünyadan reaksiya     1522

Mayın 14-də Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında ilk görüş keçiriləcək.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

"Həftənin birinci günü Avrasiya İqtisadi Birliyinin sammiti keçiriləcək. Prezident Putinlə Paşinyan arasında ikitərəfli görüş də olacaq", - deyə Peskov söyləyib.

 

O, Putinin Qırğızıstan, Belarus və Qazaxıstan prezidentləri ilə də ikitərəfli görüşlər keçirəcəyini deyib. 

 

Reaksiya.az

Şərhlər