BMT qərarına İsrailin cavabı: Riyakar qurum

19.05.2018 11:28     Dünyadan reaksiya     1388

BMT İnsan Haqları Şurası yenidən özünün ikiüzlülüyünü sübuta yetirdi.

Axar.az xəbər verir ki, bu sözləri İsrail Baş naziri Benyamin Netanyahu öz Tvitter səhifəsində paylaşıb.

“Yeni heç nə yoxdur. Özünü BMT İnsan Haqları Şurası adlandıran təşkilat növbəti dəfə ikiüzlüyünü nümayiş etdirdi. Bu təşkilat hədəfinin İsrailə ziyan vurmaq və terrorizmi dəstəkləmək olduğunu göstərdi. İsrail qəti şəkildə qəbul edilən qətnaməni qınayır”, – deyə o bildirib.

Qeyd edək ki, dünən BMT İnsan Haqları Şurası Qəzzada baş verən hadisələrlə bağlı müstəqil araşdırmanın aparılması haqda qətnamə qəbul edib. Qətnaməyə 29 ölkə səs verib, 14 ölkə isə bitərəf qalıb. Bitərəf qalanlar arasında indiyə qədər Qəzzadakı vəziyyəti tənqid edən Almaniya və Britaniya da yer alıb. Qətnamənin əleyhinə isə yalnız ABŞ və Avstraliya səs verib.

Reaksiya.az

Şərhlər