Meksika səfiri: "Bundan sonra da Azərbaycanın Meksikada, Meksikanın isə Azərbaycanda daha yaxşı tanınması üçün çalışacağam"

Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini Azərbaycanda səlahiyyət müddətinin bitməsi ilə əlaqədar mətbuat konfransı keçirilib.

Səfir R. Labardini bildirib ki, Azərbaycan və Meksika bir-birinin mövcudluğundan xəbərdar olsa da, bir-birini yaxşı tanımırdı: “1992-ci ildə Azərbaycanın müstəqilliyi Meksika tərəfindən tanınıb. 2007-ci ildə Azərbaycanın Meksikada səfirliyi açıldıqdan sonra iki ölkə  arasında yüksək səviyyədə  əməkdaşlığa start verilib. 2011-ci ildə Meksika parlamenti Dağlıq Qarabağla bağlı qətnamə qəbul edib. Meksikanın Azərbaycandakı səfirliyi isə 2014-cü ildə fəaliyyətə başlayıb. 2017-ci ildə Meksikadan ilk ticarət missiyası Azərbaycana gəldi. Eyni ildə Azərbaycan ticarət missiyası Meksikaya yollanıb. Bu il mayın 29-da Meksika Neft İnstitutunun nümayəndə heyəti Bakıya gələcək. Meksika nümayəndə  heyəti ilk dəfə Bakıda təşkil edilən neft-qaz sərgisində və konfransında iştirak edəcək. Bu ilin iyun-iyul aylarında isə Meksika ticarət missiyasının yenə Bakıya  gəlməsi gözlənilir".
  
Səfir iki ölkə arasında ticarət əlaqələrinə toxunaraq ticarət dövriyyəsinin illər ərzində yüksələn tendensiya ilə artdığını, 2014-cü ildə 1,58 milyon dollar, 2015-ci ildə  10,35 milyon dollar, 2016-cı ildə 9,45 milyon dollar, 2017-ci ildə 9,57 milyon dollar, 2018-ci ildə isə 25,30 milyon dollara çatdığını bildirib.
   
Səfir R. Labardini sonda vurğulayıb ki, bundan sonra da Azərbaycanın  Meksikada, Meksikanın Azərbaycanda daha yaxşı tanınması üçün çalışacaq. (APA)

Reaksiya.az

Advertisement Banner

Şərhlər