Ukraynada danışılmış oyunlara qarşı genişmiqyaslı araşdırmalara başlanılıb

Ukraynada danışılmış oyunların təşkilinə qarşı genişmiqyaslı araşdırmalara başlanılıb.

"Report"un məlumatına görə, şübhəli bilinən şəxslər arasında futbolçular, məşqçilər, hakimlər və klub prezidentləri də var. 

Əslində hüquq-mühafizə orqanları araşdırmaları daha tez başlatmağa hazır olublar. Lakin danışılmış oyunların miqyası nəzərə alınaraq, komandaların çempionatı başa vurmalarına qərar verilib. Əks halda, yarışın sonluğu təhlükə altına düşə bilərdi.

Araşdırmalar və gələcək həbslər 2 il əvvəl qəbul olunmuş qanunun sayəsində mümkün olub. Hazırda hüquq mühafizə orqanlarının əlində oyun alqı-satqında təqsirli bilinənləri real cəzaya məhkum etmək üçün alət mövcuddur. 

Qeyd edək ki, məsələ ilə bağlı Ukraynanın 9 bölgəsində 50-dən çox axtarış aparılıb.

Reaksiya.az

Advertisement Banner

Şərhlər

Çox oxunanlar