Ordunun gücü: Azərbaycan 53-cü yerdə

29.05.2018 14:48     Dünyadan reaksiya     1166

“Global Firepower” beynəlxalq təşkilatı ən güclü ordusu olan ölkələrin siyahısını açıqlayıb. Novator.az-ın məlumatına görə, Azərbaycan 136 ölkə arasında 53-cü yerdə qərar tutub.

Ermənistan ordu reytinqində 84-cü, Gürcüstan 82-ci pillədə yer alır.

Siyahıya ABŞ başçılıq edir.

Ordunun gücü baxımından ikinci yerdə Rusiya, üçüncü yerdə Çin gəlir.

İlk onluqda qalan ölkələr bunlardır: Hindistan, Fransa, Böyük Britaniya, Cənubi Koreya, Yaponiya, Türkiyə, Almaniya.

Ordu reytinqində İran 13-cü, Ukrayna 29-cudur.

Sonuncu – 136-cı yerdə Butan dayanır.

İndeks ölkənin hərbi gücünə birbaşa və dolayısı ilə təsir edən 50-dən çox faktora əsaslanır.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar