Əsəd Suriyada müharibənin NƏ VAXT və kimin qələbəsilə başa çatacağını açıqladı

31.05.2018 12:23     Dünyadan reaksiya     1212

Suriya hökuməti ölkə ərazisində tam nəzarəti bərpa etməyi planlaşdırır.

Bunu “Russia Today” telekanalına müsahibəsində Suriya Prezidenti Bəşər Əsəd deyib.

O vurğulayıb ki, ölkədə davam edən vətəndaş müharibəsi yaxın zamanlarda hökumət qüvvələrinin qələbəsi ilə başa çatacaq:

“Biz bütün rayonları azad etməliyik. Suriya ərazisində heç bir bölgəni dövlət nəzarətindən kənarda qoya bilmərik. Mən həmişə demişəm ki, xaricdən müdaxilə olmasaydı, biz bu müharibəni bir ildən də az vaxt ərzində başa çatdırardıq”.

Reaksiya.az

Şərhlər