Tbilisidə metro işçiləri tətil edir

04.06.2018 12:46     Dünyadan reaksiya     1345

Gürcüstan paytaxtı Tiflisdə metro maşinistlərin tətili ilə əlaqədar fəaliyyətini müvəqqəti olaraq dayandırıb.

Bu barədə “Rustavi” kanalı məlumat yayıb.

Maşinistlər əmək haqlarının 45% qaldırılmasını tələb edirlər. Onlar əmək haqlarının 1400-1800 lari olduğu 2013-cü ilin göstəricilərinə qayıtmağı istəyirlər.

Tətilçilər iş başına tələblərinin yerinə yetirilməsindən sonra qayıdacaqlar. Bununla yanaşı, maşinistlər danışıqlar masasına oturmağa hazır olduqlarını da qeyd ediblər.

Tiflis meri Kaxa Kaladze isə sürücülərin əmək haqlarının qaldırılmayacağını bildirib.

“Mən tam məsuliyyətlə bəyan edirəm ki, Tbilisidə yaşayan əhalinin şantajdan və anlaşılmaz, tamamilə əsassız ultimatumlardan əziyyət çəkməsinə imkan verməyəcəyəm”.

Hazırda şəhər əhalisi yerüstü nəqliyyatdan istifadə edir. Həmçinin hökumət tətil ərəfəsində marşrutlarda hərəkəti pulsuz elan edib.

Reaksiya.az

Şərhlər