İsrail tarixində ilk dəfə NATO təliminə dəvət edildi

05.06.2018 13:25     Dünyadan reaksiya     842

NATO-nun “Qılınc zərbəsi-18” genişmiqyaslı hərbi təliminə İsrail də qatılıb.

 “Haaretz” İsrailin NATO təlimində ilk dəfədir iştirak etdiyini yazıb. Rəsmi Təl-Əviv artıq Şərqi Avropaya öz hərbçilərini göndərib.

İsrail “Qılınc zərbəsi-18” təliminin ikinci hissəsində iştirak edəcək. Bu hissədə bir neçə ölkədə müharibə aparılması, xarici qüvvələrin aviazərbələrinə müqavimət məsələləri sınaqdan keçiriləcək.

Qeyd edək ki, “Qılınc zərbəsi–18” təlimi iyunun 3-də Polşa və Baltikyanı ölkələrin ərazisində başlayıb. 15 iyuna qədər davam edəcək təlimə 19 ölkədən 18 min hərbçi qatılıb.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar