Gürcüstan Suriya ilə diplomatik əlaqələrin dayandırılmasına dair BMT-yə nota göndərib

06.06.2018 12:13     Dünyadan reaksiya     771

Rəsmi Tbilisi Suriyanın BMTvə Misirdəki nümayəndəliklərinə bu ölkə ilə diplomatik əlaqələrin dayandırılmasına dair nota göndərib.

Bu barədə Gürcüstan XİN-in yaydığı bəyanatda deyilir.

Bəyanatda bildirilir ki, bu addım Gürcüstan hökumətinin mayın 31-də əlaqələri dayandırmaq barədə qərarları ilə bağlı atılıb.

Gürcüstanın  BMT yanında daimi nümayəndəliyi də artıq bu barədə BMT baş katibini məlumatlandırıb.

Qeyd edək ki, mayın axırlarında  Suriya hökuməti Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıdığına dair bəyanat yayıb.

Suriya separatçı qurumlarla diplomatik əlaqələr quracağını, qarşılıqlı nümayəndəliklər açılacağını bildirib.

Reaksiya.az

Şərhlər