"Qərbin tətbiq etdiyi sanksiyalar bu siyasəti başladanlara da ziyan edir

"Məhdudiyyətlərin mövcudluğu və sanksiyalar bizi təəccübləndirmir, qorxutmur da və bizi müstəqil, suveren inkişaf yolundan imtina etməyə məcbur edə bilməyəcək”.
 
APA-nın xəbərinə görə, bunu Rusiya prezidenti Vladimir Putin Çin Media Korporasiyasının sədrinə müsahibəsində deyib.
 
Putin bəyan edib ki, Rusiya ya suveren olacaq, ya da heç olmayacaq: "Təbii ki, Rusiya xalqı birincini seçər. Bizim başqa yolumuz yoxdur. Ancaq başa düşürük ki, bizim Qərb tərəfdaşlarımız bu məhdudiyyət və sanksiyalarla inkişafın qarşısını almağa çalışır. Şübhə etmirəm ki, bu cəhdlərdən heç biri  işə yaramayacaq. Bu cür siyasətdən hər şeydən əvvəl bunu başladan tərəf itirir. Ancaq düşünürəm ki, gələcəkdə iqtisadiyyatın inkişafına zərər verən bu məhdudiyyətlər aradan qaldırılacaq, ABŞ da daxil olmaqla bütün tərəflərlə münasibətlərimizi normallaşdıracağıq”.
 
Putinin sözlərinə görə, baş verənlər göstərir ki, məhdudiyyətlərin hamıya, eləcə də bu siyasəti başladanlara zərərli olduğu gec-tez aydınlaşacaq: "Ümid edirəm ki, münasibətlər sonda normallaşacaq”.
 
Advertisement Banner

Şərhlər