Donald Tramp G7 sammitində Tereza Mey ilə görüşməkdən imtina edib

ABŞ Prezidenti Donald Tramp və Böyük Britaniyanın Baş naziri Tereza Mey Kanadanın Kvebek şəhərində keçirilən "Böyük yeddilik" (G7) sammitində ikitərəfli danışıqlar aparmayacaq.

"Report" xəbər verir ki, bu barədə "Telegraph" qəzeti Britaniya hökumətinin nümayəndəsinə istinadən yazıb.

Qəzetin məlumatına görə, D.Tramp bu görüşdən imtina edib.

ABŞ prezidentinə yaxın mənbələr Trampın Tereza Meyin "müəllimlik" tonundan yorulduğunu bildirib.

"İnciməyin, amma, o, məktəb müəllimi kimidir. Düşünmürəm ki, kimsə onunla yaxşı münasibətdə olsun", - iki liderin görüşlərində iştirak edən naməlum şəxs qəzetə bildirib.

Qeyd edək ki, G-7 sammiti iyunun 8-9-da Kanadanın Kvebek vilayətində, kiçik kurort şəhəri olan La Malbedə keçiriləcək.

Reaksiya.az

Advertisement Banner

Şərhlər

Çox oxunanlar