Kreml daha bir ölkəni ələ keçirdi - Qərbdən etiraf

Moskva Liviyada aparıcı güclərdən birinə çevrilir.

Bu iddia ilə “Vol Strit Jurnal” qəzeti çıxış edib. Qəzet Moskvanın Liviyada mövqelərini gücləndirməsinə onun bu ölkədə olan qüvvələrin hər biri ilə normal münasibət qurmasının yardım etdiyini deyib:

“Moskva həm Milli Razılıq Hökuməti, həm də Xəlifə Xəftarla münasibətlərini inkişaf etdirir. Rusiyanın səyləri onun Yaxın Şərqdəki təsirini Şimali Afrikaya gətirməsinə şərait yaradıb. Nəticədə Moskva Liviyada əsas oyunçulardan birinə çevrilib”.

Qeyd edək ki, hazırda Liviyada iki hökumət hökmranlıq edir. Bunlardan birinin mərkəzi Tripolidə yerləşir və ona Faiz Sarac rəhbərlik edir. Ölkənin şərqinda olan hökumətə isə feldmarşal Xəftar rəhbərlik edir və onu Liviya ordusu dəstəkləyir.(axar)


Reaksiya.az

Advertisement Banner

Şərhlər