İrəvanda iqtidar və müxalifət tam dağıldı – İsgəndəryan

11.06.2018 15:22     Dünyadan reaksiya     962

Ermənistandakı hadisələr faktiki olaraq həm hökumət piramidası, həm də müxalifətin çökdüyünü göstərdi.

Bunu İrəvanda keçirilən “Qafqaz-2017” konfransında çıxışı zamanı erməni politoloq Aleksandr İsgəndəryan deyib.

“Apreldən maya qədər baş verən hadisələr zamanı Ermənistan marginal müxalifətinin nümayəndələri meydan etirazçılarının yanına gəlirdi. Onların bəzilərinə söz verilmir, bəziləri isə çətin olan situasiyanı anlayaraq tribunaya çıxmağa cəhd etmirdi. Bu göstərir ki, müxalifət baş verənlərdən sonra faktiki olaraq hökumət piramidası kimi tam dağılıb. Müxalifətin deqradasiyası prosesi çoxdan müşahidə edilir. Bundan öncəki proses bunu sadəcə təsdiq etdi. Məhz buna görə Ermənistandakı etirazlar institusional yox, şəxsiləşdirilmiş formada idi”, – deyə o bildirib.

Reaksiya.az

Şərhlər