Trampın addımları Avropa ilə ticarət müharibəsinə gətirə bilər | Reaksiya

Trampın addımları Avropa ilə ticarət müharibəsinə gətirə bilər

G7 sammitləri tarixində görünməmiş hadisə; biznes və Rusiya faktoru ABŞ-la tarixi müttəfiqlərini üz-üzə qoyur...

Kanadanın Kvebek vilayətində  G7 sammiti gərgin şəraitdə keçib və qalmaqalla yekunlaşıb. Belə ki, ABŞ prezidenti Donald Trampa qarşı sərt açıqlamalar səsləndirilib. Nəticədə  G7 zirvəsi Trampın ev sahibi Kanadaya sərt iradlar bildirməsi və sammitin yekununda birgə bəyannaməyə imza atmaması ilə sona çatıb.

Tramp Kanadanın baş naziri Castin Tuderin keçirdiyi mətbuat konfransında ABŞ-ı qaralamaqda ittiham edib. Bu dəfəki “G7" sammiti həmçinin ticarət tarifləri məsələsi ətrafında yaranmış mübahisələrə görə anlaşımazlıq şəraitində keçib. Baş nazir Caster Tuder isə ABŞ-ın atdığı addımlara cavab olaraq iyulun 1-dən Kanada tərəfindən xarici ticarətdə yeni tariflərin yeridiləcəyini vəd edib. Tuder Trampın xarici ticarətdə yeni tariflər yeritmək qərarını və bunu milli təhlükəsizlik maraqları ilə əsaslandırmasını ”həqarət" adlandırıb.

Fransa prezidenti Emmanuel Makronun ofisi sammitdə Trampın mövqeyinə cavab olaraq “Beynəlxalq əməkdaşlıq əsəb və düşünülməmiş bəyanatlarla diktə edilə bilməz” açıqlaması verib.

“Röyters”ə açıqlama verən ABŞ rəsmisi isə Kanada baş naziri Justin Trüdonun ABŞ-ı “kürəyindən bıçaqladığını” bildirib.

Qeyd edək ki, sammitin əsas mövzusu yeni ticarət münaqişələri olub. G7-nin üzvü olan altı ölkənin maliyyə nazirləri sammitöncəsi keçirilən toplantıda Vaşinqtonu polad və alüminium idxalı üçün yeni vergiləri ləğv etməyə çağırmışdı.

Trump G7 ile ilgili görsel sonucu

Xatırladaq ki, ABŞ-ın 1 iyundan Avropa Birliyi, Kanada və Meksikadan idxal edilən polada 25, alüminiuma isə 10 faiz əlavə gömrük vergisi tətbiq etməyə başlayıb. Bu addımın xüsusən Avropa ilə ABŞ arasında ticarət müharibələri başlaması səbəb ola biləcəyi vurğulanıb.

Almaniya kansleri Angela Merkel isə G8-ə qayıtması üçün Rusiya qarşısında şərt qoyub. Kansler deyib ki, Rusiyanın “Böyük səkkizlik” (G8) formatında danışıqlar masasına qayıtması, yalnız Ukrayna münaqişəsinin həlli üzrə Minsk razılaşmalarının icrasında irəliləyiş olarsa mümkündür.

ABŞ prezidenti isə Rusiyasız G7 ölkələri liderlərinin görüşünün keçirilməsini əhəmiyyətsiz adlandıraraq bəyan etmişdi ki, Rusiya mütləq “Böyük səkkizliyin” tərkibinə qaytarılmalıdır. Lakin Avropa ölkələri buna qəti etiraz ediblər. Ekspertlər hesab edir ki, Rusiya faktoru ABŞ-la müttəfiqlərinin qarşı-qarşıya qoymaqdadır. G7 sammiti bunu bir daha nümayiş etdirmiş oldu.

Trump G7 ile ilgili görsel sonucu

Politoloq Qabil Hüseynli “Yeni Müsavat”a şərhində bildirdi ki, bir zamanlar SSRİ-də Qərbi Avropa ittifaqının içərisinə qarşıdurma toxumu səpməyə və Avropanı ABŞ-dan ayırmağa çalışırdı: “O dövrdə Amerikanın prezidentləri kifayət qədər ağıllı adamlar idilər, Sovet İttifaqının planlarına uymurdular, hətta ona cavab reaksiyası göstərirdilər. Ona görə də SSRİ istəyinə nail ola bilmədi. Amma indi Donald Trampın gəlişi ilə Amerika siyasəti baş-ayaq olub desək, səhv etmərik. O hakimiyyətə gəldikdən sonra haqqında müxtəlif ittihamlar, o cümlədən Rusiyanın onun seçilməsinə yardım etməsi kimi xəbərlər müəyyən qədər özünü doğrultdu.

Trump G7 ile ilgili görsel sonucu

ABŞ-la Avropa İttifaqı arasında münasibətlər gərginləşib, NATO arasında münasibətlərdə soyuqluq yaranıb. Kanadada keçirilən G7 sammiti isə bu əməkdaşlıq platformasında da ABŞ-ın sayəsində çat yaranmış oldu. Tarixində ilk dəfədir ki, ABŞ prezidenti G7 sammitində qəbul edilən yekun bəyannaməyə imza atmır. Trampın Qərbi Avropa dövlətləri ilə ticarət əlaqələri məsələsində tutduğu mövqe prezident  mövqeyindən daha çox, biznesmen mövqeyinə bənzəyir. G7 sammitində yaranan fikir ayrılıqlarının səbəblərindən biri də budur. Trampın son vaxtlar atdığı bir sıra addımlar Qərbi Avropa dövlətləri ilə ticarət müharibəsinə bənzər vəziyyətin yaranmasına gətirib çıxarıb. Bəzi beynəlxalq səviyyəli siyasi analitiklər hesab edir ki, Rusiya Qərbi Avropa ilə ABŞ arasında qarşıdurma salmağa çalışır və Trampın addımları Rusiyanın bu istəyini müəyyən qədər reallaşdırmış olub. Belə getsə, Rusiyanın nə isə etməsinə ehtiyac qalmayacaq, çünki Rusiyanın arzuladıqlarını Tramp həyata keçirir”.

Trump G7 ile ilgili görsel sonucu

Politoloq hesab edir ki, Qərbi Avropa ölkələrinə qarşı bu qədər sərt və onların üsyanına səbəb ola biləcək siyasət yürüdülməsi başa düşülən deyil: “ABŞ-ın qarşısında Çin kimi, Rusiya kimi, İran kimi, Şimali Koreya kimi problemləri olduğu bir vaxtda prezidentin Qərbi Avropa ölkələrlə münasibətləri gərginləşdirməsi başadüşülən deyil. Əslində hazırkı situasiyada ABŞ-a Almaniya, Fransa, Britaniya kimi müttəfiqlərlə ixtilaf yaratmaq yox, münasibətləri sıxlaşdırmaq daha çox gərəkdir. Mən belə hesab etmirəm ki, Tramp axıra qədər bu yanlış siyasəti davam etdirə və NATO ölkələri arasında siyasi böhrana, parçalanmaya gətirib çıxara biləcək siyasəti axıra qədər yürüdə bilər. Çünki ABŞ-da prezidentin hüdudsuz hakimiyyəti yoxdur. Onu bəlli bir çərçivəyə salmağa imkanları olan strukturlar var. Bu strukturlar istədikləri anda onu ram edəcəklər”..

Reaksiya.az

Advertisement Banner

Şərhlər