Paşinyan inqilab ortaqlarını atdı: “Yelk”siz gedir

Ermənistanın hakim Yelk Bloku daxilində Nikol Paşinyan parçalanmalar başladıb.

Bu barədə məlumatı “İrates” qəzeti yayıb.

“Bizim mənbələr xəbər verir ki, əgər ölkədə növbədənkənar parlament seçkisi olsa, Yelk Bloku indiki kimi seçkiyə qatılmayacaq. Nikol Paşinyan və onun komandası blokdan çıxaraq, seçkiyə müstəqil şəkildə gedəcəklər. Paşinyan ətrafına Yelkin digər liderləri Edmon Marukyan və Aram Sərkisyanı toplamayacaq”, – deyə məlaqədə bildirib.

Qeyd edək ki, Yelk Bloku üç partiyanın birləşməsindən yaranıb. Bu partiyalar arasında əsas üstünlük Nikol Paşinyanın rəhbərlik etdiyi Vətəndaş Müqaviləsi Partiyasındadır. Belə ki, bu partiya Yelk Blokunun parlamentdəki 9 mandatından 4-nə sahibdir.(axar)

Reaksiya.az

Advertisement Banner

Şərhlər