Tramp Ruhani ilə də görüşə bilərmi?

12.06.2018 14:12     Dünyadan reaksiya     895

Şimali Koreya lideri Kim Çen Inın ABŞ prezidenti ilə görüşməsinə baxmayaraq, İran prezidenti Həsən Ruhaninin amerikalı həmkarı Donald Trampla görüşü mümkün deyil və baş tutmayacaq.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu İran parlamentinin Milli təhlükəsizlik komitəsinin sədri Nakvi Xoseyni deyib.

“ABŞ özü İranla münasibətləri pozdu, onlar nüvə razılaşmasından çıxdı və Tehrana qarşı sanksiyalar irəli sürdü. Hesab edirəm ki, Ruhani və Tramp görüşü mümkünsüzdür və bu, baş verməyəcək”, - o qeyd edib.

Xoseyni əlavə edib ki, İran razılaşmalara əməl edir. Deputat bildirib ki, Şimali Koreya ABŞ-a qarşı diqqətli olmalıdır, çünki Vaşinqton beynəlxalq razılaşmalara qarşı davamsızlıq göstərir.

“ABŞ vədlərinə əməl etmir. Bunun bariz nümunəsi nüvə sazişidir. Vaşinqton uzun müddət aparılan danışıqlardan sonra imzalanan sazişdən çıxdı”, - o bildirib.

Reaksiya.az

Şərhlər