Gürcüstan prezidenti: "Baş nazir İvanişvili olmalıdır"

14.06.2018 12:37     Dünyadan reaksiya     869

Gürcüstan prezidenti Giorgi Marqvelaşvili baş nazir Giorgi Kvirikaşvilinin istefasına münasibət bildirib.
 
Dövlət başçısı ölkədəki prosesləri maskarad adlandırıb.
 
G. Marqvelaşvili deyib ki, ictimaiyyət istefanın arxasında hansı arqumentlərin olduğunu bilməlidir: "Maskarad başa çatmalıdır. Avropa ölkələrində hakim partiya sədrləri baş nazir vəzifəsini tutur. Buna müvafiq olaraq hakim partiyanın lideri Bidzina İvanişvili baş nazir olmalıdır”.
 

Şərhlər