Ərdoğan dünən efirdə açıqlamışdı: - "Qəndil dağlarında..."

17.06.2018 11:15     Dünyadan reaksiya     1462

Türkiyə Silahlı Qüvvələri dünən Şimali İraqda Qəndil dağlarında keçirdiyi hava əməliyyatı zamanı 35 PKK-lı terrorçunu zərərsizləşdirib.

Reaksiya.az “Anadolu” agentliyinə istinadla xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələri məlumat yayıb.

Xatırladaq ki, dünən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qəndilin vurulduğunu açıqlamışdı:
“Son əməliyyatlarda Qəndildəki çox vacib toplantı məkanlarını vurduq. Həmin vaxt iclas keçirirdilər”.

Qeyd edək ki, TSQ iyunun 12-də Qəndil dağlarında hava əməliyyatı zamanı 26 terrorçunu, iyunun 14-də Hakkari və Çuxurça bölgəsində isə 2 terrorçunu məhv etmişdi.

Şərhlər

Çox oxunanlar