Qərb Rusiya siyasətini dəyişməsə... - Karpenter

17.06.2018 11:18     Dünyadan reaksiya     1347

ABŞ və NATO Rusiyanı özlərinə qarşı qoyurlar.

Reaksiya.az xəbər verir ki, bu sözlər amerikalı ekspert Ted Qalen Karpenterin “Nəşnl İnterest” jurnalında dərc olunan məqaləsində yer alıb. Ekspert iddia edib ki, Norveçin öz ərazində ABŞ hərbçilərinin sayını artırması xahişi NATO-nun Rusiyaya qarşı növbəti provokasiyasıdır:

“NATO liderləri fəaliyyətlərinin Rusiyanın maraqlarına qarşı yönəlmədiyini təsdiq etməkdə davam edirlər. Lakin davranışları bəyanatlarını təsdiqləmir. ABŞ və NATO gərək daha realist yanaşma ortaya qoysunlar. İstənilən xalq NATO-nun bu davranışını düşmənçilik addımı kimi dəyərləndirərdi. Belə fəaliyyətlərin davamı fəlakətli toqquşmalara səbəb ola bilər”.

Qeyd edək ki, Norveç öz ərazisindəki ABŞ hərbçilərinin sayının 700-ə çatdırılmasını istəyib. Rəsmi Oslo bu qüvvələri Rusiya ilə sərhədə yerləşdirəcəyini bəyan edib. Rəsmi Moskva Norveçin bu addımının iki ölkə arasındakı münasibətləri zədələdiyini deyib.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar