Kadırovdan Qərbə: Rusiya qılıncından ölənlər...

22.06.2018 12:08     Dünyadan reaksiya     809

Nasist Almaniyasının səhvləri təkrar edilməməlidir.

Bu sözləri öz Teleqram səhifəsində Çeçenistan lideri Ramzan Kadırov paylaşıb.

“Alman diviziyaları həqiqətən Leninqrad, Moskva və Stalinqradın qarşısında dayanırdılar. Hitler rus dili və rus tarixi ilə tanış deyildi. Əks təqdirdə fransızlar, isveçlilər, polyaklar və digərlərinin getdiyi yolla gedib, öz həyat yolunu onlar kimi biabırçı şəkildə bitirib-bitirməmək haqqında düşünərdi.

Hitler tarixi bilmirdi, amma bizim ölkənin ünvanına təhdidlər səsləndirməyi sevən müasir siyasətçilər keçən əsrlərin tarixi ilə dərindən tanış olmalıdırlar ki, əcdadlarının səhvlərini təkrar etməsinlər. Əks təqdirdə onların adı Rusiyaya qılınc qaldıran və Rusiya qılıncından ölənlərin siyahısına düşəcək”, – deyə o bildirib.(axar)

Reaksiya.az

Şərhlər