Əraqçi: İranın səbri bitib, nüvə sazişini tərk edə bilər

İran yaxın həftələrdə nüvə proqramı üzrə birgə hərtərəfli fəaliyyət planından çıxa bilər.

Bunu İranın xarici işlər nazirinin müavini Abbas Əraqçi deyib.

O bildirib ki, İranın səbri sona çatıb: “Mən deyə bilmərəm ki, Avropa ilə danışıqların davam etdirilməsi perspektivləri aydındır və sazişin fəaliyyət planının qorunması üçün hər hansı bir qərar əldə oluna bilər. Biz hələ də gözləyirik və ümid edirik ki, İranın sazişdə qalması üçün Avropanın təklifləri qəbuledilən olacaq”.(trend)

Reaksiya.az

Advertisement Banner

Şərhlər