Ərdoğan prezident seçildi - RƏSMİ

25.06.2018 12:27     Dünyadan reaksiya     902

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan prezident seçkilərində səslərin böyük əksəriyyətini qazanıb. Bülletenlərin 99 faizi hesablanıb və qalan hissə nəticələrə təsir göstərə bilməz. 

Oxu.Az xəbər verir ki, bununla bağlı ölkənin Mərkəzi Seçki Komissiyasının sədri Sədi Güvən məlumat verib. 

Ərdoğanın xeyrinə Türkiyə vətəndaşlarının 52,55 faizi səs verib. 

MSK rəhbəri parlament seçkilərinin ilkin nəticələri barədə də danışıb. O qeyd edib ki, 10 faizlik səddi altı partiya keçib. 

“MSK tərəfindən hazırlanmış protokol siyasi partiya nümayəndələrinə təqdim olunub”, - Güvən əlavə edib. 

O bildirib ki, 2014-cü ildən bəri nəticələri saxtalaşdırmaqla bağlı heç bir hal qeydə alınmayıb. 

İyunun 24-də Türkiyədə növbədənkənar prezident seçkiləri keçirilib. 

Reaksiya.az

Şərhlər