Tramp ticarət müharibəsində Çin üçün yeni zərbə hazırladı

25.06.2018 12:31     Dünyadan reaksiya     805

ABŞ prezidenti Donald Tramp Çin şirkətlərinin ABŞ texnologiya sahəsinə investisiya yatırmasını qadağan etmək niyyətindədir. 

Bununla bağlı “The Wall Street Journal” nəşri məlumat yayıb. 

Bundan başqa, texnoloji avadanlıqların Çinə idxalına da məhdudiyyətlər qoyula bilər. 

ABŞ Pekinin “Çində hazırlanıb – 2025” layihəsinə mane olmağa çalışır. Vaşinqtonun fikrincə, bu, Çin şirkətlərinə xarici rəqibləri üzərində ədalətsiz üstünlüklər verəcək. 

Reaksiya.az

Şərhlər