Yaponiyada “Simmoe” bəlası - Vulkan bir həftədə ikinci dəfə püskürdü

27.06.2018 13:18     Dünyadan reaksiya     1027

Yaponiyanın cənub-qərbində Kirisima dağ silsiləsində Simmoe vulkanı bu həftə ikinci dəfə yenə püskürüb.

Vulkanın yenidən püskürməsi ilə bağlı xəbəri ölkənin Meteoroloji İdarəsi verib.

 Qeyd olunur ki, püskürmə nəticəsində 3,3 min metr hündürlüyə kül sovrulub. Hazırda püskürmənin təhlükə törətmədiyi bildirilsə də, sakinlərə ehtiyatlı olmaq məsləhət görülür.

Xatırladaq ki, sonuncu dəfə Simmoe vulkanı iyunun 22-də püskürüb. Ümumiyyətlə isə vulkan martda aktivləşməyə başlayıb.

Reaksiya.az

Şərhlər