Şəhər merinin müavinini zibil qabına atdılar

27.06.2018 13:37     Dünyadan reaksiya     812

Ukraynanın Xarkov şəhərinin rəhbərliyi ilə  radikal qruplaşma arasında qarşıdurma yaranıb.

Bir qrup şəhər sakini  şəhər meri Andrey Rudenko ilə görüşmək  üçün şəhər icra hakimiyyətinin binasına daxil olub. Onlar binanın içərisində  nizam intizamı pozub, qaşılarına çıxan hər şeyi qırıb -töknməyə başlayıblar, binanın mühafizəçiləri gözyaşardıcı qazdan istifadə etməli olub.

Etirazçıların qarşısına çıxan Xarkov merinin müavini Gennadi Kernes onların təzyiqinə mərus qalıb. Etirazçılar onu əllərinə götürərək yaxınlıqdakı zibil qabına salıblar.Bununla yetinməyən radikallar    zibil qutusunun qapağını bağlayıb, yola itələyiblər.(Bizimyol.info)

Reaksiya.az

Şərhlər