ABŞ polkovniki: “İncirlik bazasından çıxmaq planımız yoxdur”

“ABŞ-ın İncirlikdən çıxmaq planı yoxdur”.

Bunu ABŞ-ın Türkiyənin İncirlik bölgəsindəki hərbi bazasının komandanı polkovnik David S.Eaglin “Habertürk”ə müsahibəsində bildirib.

“Buradakı varlığımız müttəfiqimiz və strateji tərəfdaşımız Türkiyə ilə on illərdir davam edən əməkdaşlıq etmək istəyimizin simvoludur. ABŞ-ın İncirlikdən çıxmaq planıl yoxdur”, - polkovnik vurğulayıb.

O, jurnalistin “İncirlik iyulun 15-də dövlət çevirlişinə cəhddin mərkəzi olaraq görülür. O tarixdə siz burada deyildiniz, ancaq fikiriniz sorşumaq istəyərdim...” sualına isə cavab verməyib: “Bunu şərh etməyəcəyəm”.

Qeyd edək ki, Türkiyənin Adana əyalətində yerləşən İncirlik hərbi bazası 1953-cü ildən qurulub.(report)

Reaksiya.az

Advertisement Banner

Şərhlər