İŞİD terrorçuları məhv edildi, aralarında Anas əl-İraqi də var

03.07.2018 14:14     Dünyadan reaksiya     894

İraq təhlükəsizlik qüvvələri ölkənin şimalındakı Kərkük əyalətində İŞİD terror təşkilatına qarşı əməliyyat keçirib.

Reaksiya.az-ın məlumatına görə, əməliyyat nəticəsində 14 nəfərdən ibarət qrup zərərsizləşdirilib.

Eyni zamanda qrupun rəhbəri Əbu Anas əl-İraqi də məhv edilib. Qeyd olunur ki, bu qruplaşma bir neçə hücumun və insan oğurluğunun təşkilində iştirak edib.

Əməliyyat zamanı xəritələr və mümkün terror aktlarının planları aşkar edilib.

Reaksiya.az

Şərhlər