İrandan Ermənistana təhlükəsizlik dəstəyi - Şok iddia

04.07.2018 14:17     Dünyadan reaksiya     868

Ermənistanın müdafiə naziri David Tonoyan İranın İrəvandakı səfiri Seyid Kazım Səccadini qəbul edib.

Görüşdə ikitərəfli münasibətlərlə yanaşı, Ermənistan – Azərbaycan (Dağlıq Qarabağ) münaqişəsi də müzakirə edilib.

İkitərəfli hərbi əməkdaşlığın müzakirə edildiyi görüşdə eyni zamanda, təhlükəsizlik sahəsində əməkdaşlığın perspektivlərinə də toxunulub.

Ermənistan KİV tərəflər arasında təhlükəsizlik sahəsində anlaşmaların əldə edilməsi ilə bağlı məsələ ətrafında geniş müzakirənin getdiyini diqqətə çatdırıb.

Reaksiya.az

 

 

Şərhlər