Putin Tramp üzərində havada olarkən qələbə qazandı

19.07.2018 18:04     Dünyadan reaksiya     1058

Trampla görüşün qalibi hesab olunan Vladimir Putin, hələ təyyarəsi Finlandiyada yerə enməmişdən qabaq havada qələbə qazanmışdı.

Reaksiya.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” nəşrinin jurnalisti Endryu Kramer yazıb.

Estoniya Silahlı Qüvvələrinin mətbuat katibi Roland Murofun sözlərinə görə, Putini daşıyan İl-96 təyyarəsi Moskvadan Helsinkiyə gedərkən 50 saniyə ərzində NATO-nun hava məkanında uçub. Təyyarə 1.5 dəniz mili məsafədə Estoniyanın hava məkanına daxil olub.

“Murofun sözlərinə görə, təyyarə işlək transponderlə uçsa da hərbi və mülki təyyarələrdən tələb olunduğu kimi uçuş planını ötürməyib və eston dispetçerlərlə əlaqəyə qoşulmayıb. Eston məmurların və analitiklərin dediyinə görə, təyyarə rus hərbi və hökumət təyyarələrinin tez-tez hava məkanını pozduğu və həyəcana səbəb olduğu ərazidən - Estoniyanın Vayndlo adasının yaxınlığından uçub. Bu ada Rusiya və NATO arasında “kim birinci qorxacaq” tipli hava oyunlarının keçirildiyi qaynar nöqtədə yerləşir”, - Kramer bildirib.

Murofun sözlərinə görə, bu tip hallar siyasi nəsə baş verəndə daha da artır:

“Bu bizim illərlə müşahidə elədiyimiz çoxdankı sxemdir. Dünənki hadisələr sadəcə onların bu işlə məşğul olmağa hansı səviyyədə hazır olduğunu göstərdi”.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar