19 yaşlı qız ad günü tortunu kəsdi... dünyasını dəyişdi

20.07.2018 16:22     Dünyadan reaksiya     1090

Bursada 19 yaşlı qız xərçəngdən müalicə aldığı xəstəxanada son kimyaterapiya seansında artıq dozada dərman verilməsi nəticəsində dünyasını dəyişib. Gənc qızın xəstəxanada yaşadıqlarından sonra son sözü “Əgər mən ölsəm yerimə şikayətçi olun” – dedi.

melike-butun-iha-1.jpg (90 KB)

Hadisə yüsək ixtisas təhsil və araşdırma xəstəxanasında baş verib. 1 ildir limfa xərçəngindən müalicə alan Məleykə Bütünə son kimyaterapiyada artıq dozada dərman verilib. Bundan sonra qızın vəziyyətinin pisləşdiyini görən yaxınları həkimə xəbər veriblər. Həkim qızı reanimasiyaya apardıqdan sonra onun artıq dozada dərmanların təsirindən zəhərləndiyini və qolundakı damarların yüksək təzyiqə dözməyərək yararsız hala düşdüyünü, bu səbəblədə ona ayağından sistem köçürülməsinə qərar verib. 


Qızın vəziyyətinə “təcili deyil” dedilər...

Məsuliyyətsizlik nəticəsində dünyasını dəyişdiyi iddia edilən Məleykə Bütünün xalası Səma Çelik belə deyib:“Məleykənin qızdırması 39 idi və ürəyi yerindən çıxırdı. Tibb bacısına bunu bildirdikdə mənə qızdırmadan bu hala düşdüyün, indi xəstəxanada ona baxacaq həkimin olmamasını bildirdi. Qızın qarnı şişmişdi və rəngi göyərmişdi, həkim rentgen etdi. Nəticəyə baxdıqdan sonra vəziyyətində qorxulacaq bir şeyin olmamasını bildirdi. Lakin Məleykə özünü yaxşı hiss etmirdi. Bizə də dedi ki, vəziyyəti düzəlsə, gedib onlardan şikayətçi olacaq”. 

“Bizi 1 saat yubatdılar”…

melike-butun-iha-2.jpg (84 KB)

Gənc qızın keçdiyimiz gün adgünü olduğunu və bu münasibətlə birgə tort kəsdiklərini söyləyən yaxınları son kimyaterapiyanın ardınca qızın müxtəlif bölgələrində şişkinliklərin olduğunu, ağzından yaşıl su gəldiyini bildirib. Xəstəxana işçiləri ancaq bundan sonra qızı reanimasiyaya aparıblar, vəziyyətin ağırlaşdığını anladıqdan sonra onu tam təminatlı xəstəxanaya götürmək lazım olduğunu bildirdilər. Biz də razılaşdıq. Amma sən demə, qızımız çoxdan dünyasını dəyişibmiş. Bunlar sadəcə bizi yubadırlarmış. Bütün qohumları olaraq buradan tək-tək şikayətçiyik. 

Reaksiya.az

Şərhlər