Rusiyanın İsraildəki səfiri: “İran BMT prinsiplərinə zidd getmir”

31.07.2018 13:20     Dünyadan reaksiya     781

Moskva İrana bağlı qüvvələrin Suriyadan çəkilməsi məsələsində Tehrana təzyiqlər göstərməyəcək.

 Rusiyanın İsraildəki səfiri Anatoli Viktorov İsrailin “Kanal 10” televiziyasına müsahibəsində bildirib ki, Moskva İran qüvvələrinin Suriyadan geri çəkilməsi üçün təsir göstərməyə çalışır, ancaq ona təzyiq göstərə bilməz.

Səfir xatırladıb ki, iyulun 11-də Moskvada Putin-Netenyahu görüşü zamanı Rusiyanın Suriyada əldə edəcəyi istənilən anlaşmada İsrailin təhlükəsizlik mövzusunda maraqlarını gözləyəcəyi mesajı verilib.

“Rusiya gələcəkdə əldə olunacaq razılaşmada Colan təpələrində yalnız Suriya əsgərlərinin olmasını nəzarətdə saxlamağa çalışacaq. Colan təpələrində İran və ya Hizbullah qüvvələrinin olmadığına əmin olacağıq. Netanyahunun İran və müttəfiqlərinə aid güclərin Suriyadan çıxarılmasına dair tələbi real deyil. İranlılar Suriyanın terroristlərdən təmizlənməsi sahəsində fəaliyyətimiz çərçivəsində çox önəmli rol oynayır”, - səfir deyib.

Anatoli Viktorov əlavə edib ki, İranın Suriyadakı varlığı BMT prinsiplərinə zidd deyil.

Səfir İsrailin Suriyada İran və onun müttəfiqlərinə qarşı həyata keçirdiyi hava zərbələrinə Moskvanın necə yanaşdığına gəldikdə deyib ki, onlar İsrail tərəfindən gücdən istifadə edilməsinə isti baxmırlar: “Ancaq İsraili elə və ya belə hərəkət etməyə zorlamırıq. İsrailin davranışına razılıq vermək və ya ona mane olmaq Rusiyanın əlində deyil”.

Şərhlər