Tramp Şimali Koreya lideri ilə yeni görüşü səbirsizliklə gözlədiyini bildirib

ABŞ Prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla yeni görüşü səbirsizliklə gözlədiyini bildirib.

O, bu barədə “Twitter” səhifəsində yazıb.

Donald Tramp Koreya müharibəsi zamanı ölən ABŞ hərbçilərinin meyitlərinin qalıqarının ölkəsinə göndərilməsi ilə bağlı verdiyi sözə əməl etdiyinə və məktubuna görə Kim Çen Ina təşəkkür edib: “Mən sizinlə yeni görüşü səbirsizliklə gözləyirəm”.

Avqustun 2-də ABŞ-ın Hərbi Hava Qüvvələrinə məxsus nəqliyyat təyyarəsi Koreya müharibəsində həlak olmuş 55 hərbçinin meyitinin qalıqları Havaya adasındakı Xikam aviabazasına gətirib. Hərbçilərin meyitlərinin ABŞ tərəfinə verilməsi ilə bağlı razılşama Donald Trampla Kim Çen In arasında Sinqapurda keçirilən görüşdə əldə edilib.

Reaksiya.az

Advertisement Banner

Şərhlər